"Tottenhem" almaniyalı futbolçunun xidmətində maraqlıdır

"Borussiya Dortmund"un almaniyalı futbolçusu Julian Brandt karyerasını İngiltərədə davam etdirə bilər.

Sportline.az "Transferdot.com" saytına istinadən xəbər verir ki, "Tottenhem" Brandtın keçidi üçün Almaniya klubuna 40 milyon avro ödəməyə hazırdır.

"Borussiya Dortmund"un rəhbərliyi bu təklifə müsbət yanaşır. Tərəflər arasında danışıqlar davam edir.

Brand bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 19 matçda 3 qol və 6 asistlə yadda qalıb.

Qeyd edək ki, 28 yaşlı futbolçunun "Borussiya Dortmund"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.