"Tottenhem" "Ayntraxt"a qarşı

UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.

Sportline.az xəbər verir ki, “Tottenhem” Londonda “Ayntraxt Frankfurt”la münasibətlərini aydınlaşdıracaq.

“Tottenhem”in heyətində Kevin Danso, Rado Draquşin və Deyan Kulusevski zədə səbəbindəb komandasına kömək edə bilməyəcək.

“Aytraxt”da isə itkilərin sayı kifayət qədərdir. Ansqar Knauf, Can Uzun, Erik Ebimbe, Kevin Trapp, Kristian Listez, Timoti Çadler və Elye Vahi oyunun iştirak ərzəsində yer almayıb.

Start fiti 23:00-da səslənəcək matçı polşalı Şimon Marçinyak idarə edəcək.