"Tottenhem" "Ayntraxt"la matça itkilərlə çıxacaq
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Ayntraxt” doğma meydanda “Tottenhem”lə qarşılaşacaq. London keçirilən ilk oyunda bərabərlik qeydə alınmışdı. 1:1.
Heyətlərə nəzər saldıqda “Ayntraxt”da əsas itki qapıçı Kevin Trappın adı ilə bağlıdır.
“Tottenhem” isə Radu Draquşin heyətdə yer almayıb. Hın Min Sonun durumu isə oyun saatında bəlli olacaq.
Görüşü italiyalı hakim Davide Massa idarə edəcək. Matç Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.