"Tottenhem" "Az Alkmar"la matça itkilərlə çıxacaq
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.
Sportline.az xəbər verir ki, “Tottenhem” isə doğma divarlar arasında “Az Alkmaar”ı sınağa çəkəcək.Niderlandda keçirilən oyunda “Az Alkmaar” 1:0 hesabı ilə qələbə qazanmışdı.
Heyətlərə nəzər saldıqda “Tottenhem”də Ben Deyvis, Deyan Kulusevski, Radu Draquşin, Rişarlison zədə, Rodriqo Bentankur isə cəza səbəbindən matçda iştirak edə bilməyəcək.
“Az Alkmaar”da isə Ceyden Addayi, Maykel Lahdo, Meks Meerdink, Ruben van Bommel, Sem Vesterveld və Sven Maynans heyətdən kənarda qalıb.
Görüş Bakı vaxtı ilə saat gecə yarısı saat 12-də səslənəcək. Matçı portuqaliyalı Joao Pinhero idarə edəcək.