"Tottenhem" Bakıda 2-ci heyətlə oynayacaq?

UEFA Avropa Liqasının 5-ci turunda keçiriləcək "Qarabağ" - "Tottenhem" matçında londonlular ikinci heyətlə çıxış edəcəklər. SportLine.az xəbər verir ki, bu barədə klubun fan saytında (Hotspurhq.com) məlumat verilib.

Xəbərə görə, Maurisio Pokettino Bakıda 4-2-3-1 taktikasından istifadə edəcək. Heyətdə isə bu futbolçular yer alacaq:

Mixail Vorm - Kevin Vimmer, Tobi Aldervayreld, Kiran Tripper, Ben Deyvis - Erik Dayer, Tomas Kerrol - Klinton Nije, Andros Taunsend, Rayan Mayson - Son Xın Min.

Xatırladaq ki, sabah keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının start fiti saat 22:00-da səslənəcək.