“Tottenhem” Bentankurla bağlı qərar verdi
"Tottenhem" uruqvaylı yarımmüdafiəçisi Rodriqo Bentankurla bağlı qərar verib.
Sportline.az "The Athletic" nəşrinə istinadən xəbər verir ki, London klubu 28 yaşlı futbolçuya yeni müqavilə təklif edib.
R.Bentankurun klubla hazır ki sözləşməsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.