"Tottenhem" "Budyo Qlimt"lə oyuna belə çıxacaq
Bu gün UEFA Avropa Liqasında finalçılar müəyyənləşəcək.
Sportline.az xəbər verir ki, “Tottenhem” Norveçdə “Budyo Qlimt”lə üz-üzə gələcək.
Londonda keçirilən ilk matçda “mahmızlar” rəqibi 3:1 hesabı ilə məğlub etmişdi.
"Tottenhem”in heyətində əsas itki Yun Min Son və Ceyms Medisonun adı ilə bağlıdır.
“Budyo Qlimt”in isə oyuna optimal heyətlə çıxacağı gözlənilir.
Görüşü italiyalı referi Maurizio Mariani idarə edəcək. Qarşılaşmanın start fiti 23:00-da səslənəcək.