"Tottenhem" “Budyo Qlimt"ə qarşı

UEFA Avropa Liqasının yarımfinal mərhələsinə bu gün start veriləcək.

Sportline.az xəbər verir ki, “Tottenhem” İngiltərə “Budyo Qlimt”lə üz-üzə gələcək.

London klubunda yeganə itki Radu Draquşinin adı ilə bağlıdır. Hön Min Sonun durumu matç saatlarında bəlli olacaq.

“Budyo Qlimt”də isə Daniele Bassi zədə, Hakon Evjen, Patrik Berq və Andreas Helmersen  isə cəza səbəbindən baş məşqçisi Kyetil Knutsenin sərəncamında olmayacaq.

Start fiti 23:00-da səslənəcək oyunu ispaniyalı hakim Joze Mariaya Sançes Martinez idarə edəcək.