“Tottenhem” futbolçusuna astronomik qiymət qoydu

“Tottenhem” niderlandlı mərkəz müdafiəçisi Miki Van de Venin transfer qiymətini açıqlayıb.

Sportline.az xəbər verir ki, London təmsilçisi 24 yaşlı stopper üçün 100 milyon avro tələb edir.

Bu haqda “Fichajes” nəşri məlumat yayıb.

Qeyd edək ki, Miki Van de Venlə “Real Madrid”, “Liverpul” və “Bavariya” yaxından maraqlanır.