"Tottenhem" "İnter"ə elçi düşüb
"Tottenhem" "İnter"in italiyalı futbolçusu Davide Frattesi üçün rəsmi təklif göndərib.
Sportline.az "İnter Live" nəşrinə istinadən xəbər verir ki, London klubu Frattesi üçün 25 milyon avro ödəməyə hazırdır.
25 yaşlı futbolçunun "İnter"lə müqaviləsi 2028-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Frattesi bu mövsüm çıxış etdiyi 32 matçda 4 qol və 2 asistlə yadda qalıb.