"Tottenhem" liderlərini Bakıya gətirmədi
UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Tottenhem" Bakıya bir neçə əsas oyunçusunu gətirməyib. SportLine.az xəbər verir ki, baş məşqçi Maurisio Pokettino Mussa Dembele, Denni Rouz, Kayl Uoker, eləcə də, zədəli olduqları üçün Nabil Bentaleb, Naser Şadli, Aleks Pritçard, və Erik Lamelanı heyətə daxil etməyib.
Xatırladaq ki, sabah keçiriləcək "Qarabağ" - "Tottenhem" matçının start fiti saat 22:00-da səslənəcək.