“Tottenhem” “Lits” səfərinə yollanır
İngiltərə Premyer Liqasında 7-ci turun görüşləri davam edir.
Sportline.az xəbər verir ki, "Lits Yunayted" "Elland Roud"da "Tottenhem"lə qarşılaşacaq.
Meydan sahiblərində Lukas Perri və Vilfred Nonto baş məşqçi Daniel Farkenin sərəncamında olmayacaq.
"Tottenhem"də isə Kolo Muani, Kota Takai, Radu Draquşin, Deyan Kulusevski, Ceyms Meddison, İvi Bissuma və Dominik Solanke zədədən əziyyət çəkir.
Qeyd edək ki, start fiti 15:30-da səslənəcək matçı Tomas Bramall idarə edəcək.