"Tottenhem" "Mançester Siti"yə 50 milyon avro ödəməyə hazırdır
"Tottenhem" yeni transfer hədəfi bəlli olub.
Sportline.az insayder David Ornşteynin məlumatına istinadən xəbər verir ki, "mahmızlar" "Mançester Siti"nin futbolçusu Savinyonu transfer etmək üçün hərəkətə keçib.
London klubu 21 yaşlı sağ cinah vingeri üçün 50 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, Savinyo ötən mövsümü 48 matçda 3 qol 11 məhsuldar ötürmə ilə tamamlayıb.