"Tottenhem" misirli futbolçu üçün hərəkətə keçib

"Tottenhem" "Mançester Siti"nin futbolçusu Omar Marmuşu transfer etməkdə israrlıdır.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı oyunçu klubdan ayrılmaq fikrinə müsbət yanaşır.

Misir millisinin üzvü bu mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 1 asistlə yadda qalıb.

Qeyd edək ki, O.Marmuşun transfer qiyməti 65 milyon avrodur.