"Tottenhem" "Napoli"nin ulduzunu istəyir

"Tottenhem" "Napoli"nin ulduz futbolçusu Skout Maktomineyi heyətinə qatmaq niyyətindədir.

Sportline.az "Team Talk" nəşrinə istinadən xəbər verir ki, London klubu gələn ilin yayında "Napoli"yə rəsmi təklif göndərəcək.

28 yaşlı şotlandiyalı yarımmüdafiəçinin transfer qiyməti 50 milyon avrodur.

Qeyd edək ki, S.Maktominey bu mövsüm çıxış etdiyi 11 matçda 4 qol, 1 asistlə yadda qalıb.