"Tottenhem" portuqaliyalı futbolçunu transfer etmək istəyir
"Yuventus"da icarə əsasında çıxış edən portuqaliyalı futbolçu Renato Veyqa karyerasını "Tottenhem"də davam etdirə bilər.
Sportline.az "TBR Football"a istinadən xəbər verir ki, London klubu Veyqa üçün 20 milyon avro ödəməyə hazırdır.
21 yaşlı futbolçu müqavilə əsasında İngiltərənin "Çelsi" klubuna məxsusdur.
Qeyd edək ki, Veyqa bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 26 matçda 2 qol və 1 asistlə yadda qalıb.