"Tottenhem" Qakpoya meyl edib

"Tottenhem" Kodi Qakponu heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.

26 yaşlı futbolçunun "Liverpul"la sözləşməsi 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, Mersisayd klubu Qakponu 70 milyon avrodan aşağı satmaq niyyətində deyil.