“Tottenhem” “Real Sosyedad”a 35 milyon avro ödəməyə hazırdır

“Real Sosyedad”ın ispaniyalı futbolçusu Brais Mendez karyerasını “Tottenhem”də davam etdirə bilər.

Sportline.az xəbər verir ki, “mahmızlar” bu keçid üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.

Bu haqda “Fichajes” nəşri məlumat yayıb.

Qeyd edək ki, B.Mendesin “Real Sosyedad”la müqaviləsi 2028-ci ilin iyun ayına qədər nəzərdə tutulub.