“Tottenhem” yenə məğlub oldu

İngiltərə Premyer Liqasında 31-ci turun oyunları keçirilir.

Sportline.az xəbər verir ki, "Tottenhem" doğma meydanda "Nottingem Forest"i qəbul edib. Qarşılaşma qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb.

22 mart

"Tottenhem" - "Nottingem Forest" - 0:3

Qollar: İ.Jezus, 45, M.Gibbs-Uayt, 62, T.Avoniyi, 87

Qeyd dək ki, bu nəticədən sonra xallarını 32-yə çatdıran "Nottingem Forest" turnir cədvəlində 16-cı pilləyə yüksəlib. 30 xalı olan "Tottenhem" isə 17-ci yerdə qərarlaşıb. Növbəti turda "Tottenhem" səfərdə "Sanderlend"lə qarşılaşacaq, "Nottingem Forest" isə evdə "Aston Villa"nı qəbul edəcək.