"Tottenhem"də ayrılıq
"Tottenhem" afrikalı futbolçusu Yves Bissuma ilə bağlı qərar verib.
Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Tottenhem" Bissuma ilə yollarını ayıracaq.
London klubu 28 yaşlı futbolçunu 35 milyon avro qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Bissuma cari mövsüm çıxış etdiyi 32 matçda 2 qolla yadda qalıb.
Onun "Tottenhem"lə müqaviləsi 2026-cı ilin yayına qədərdir.