"Tottenhem"də ayrılıq gözlənilir
"Tottenhem"in niderlandlı futbolçusu Xavi Simons yayda klubdan ayrılmaq istədiyini açıqlayıb.
Sportline.az xəbər verir ki, bu haqda insayder Nikola Şıkira məlumat yayıb.
22 yaşlı oyunçu ötən ilin yayında "Tottenhem"ə transfer olmuşdu.
Qeyd edək ki, X.Simons cari mövsüm meydana çıxdığı 37 matçda 3 qol, 6 asistlə yadda qalıb.