“Tottenhem”dən Marmuş həmləsi

“Mançester Siti”nin futbolçusu Omar Marmuş yanvar ayında komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, “Tottenhem” 26 yaşlı forvardı heyətinə qatmaqda israrlıdır.

Bu haqda “Standard Sport” nəşri məlumat yayıb.

Qeyd edək ki, O.Marmuş cari mövsüm meydana çıxdığı 18 matçda 1 qol, 1 asistlə yadda qalıb.