"Tottenhem"dən "Yuventus"a doğru
"Tottenhem"in futbolçusu Ced Spens yayda "Yuventus"a keçə bilər.
Sportline.az xəbər verir ki, Turin klubu ingiltərəli sol cinah müdafiəçinin meneceri ilə danışıqlara başlayıb.
Bu haqda "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Qeyd edək ki, Ced Spens cari mövsüm 34 rəsmi matçda meydanda olub.