"Tottenhem"i ispaniyalı mütəxəsis çalışdıra bilər

"Tottenhem"in rəhbərliyi klubun sükanı arxasına Andoni İraolanı gətirməyi düşünür.

Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.

43 yaşlı mütəxəsisin "Bornmut"la sözləşməsi mövsümün sonunda başa çatacaq.

Qeyd edək ki, "Tottenhem"i hazırda Tomas Frank çalışdırır.