"Tottenhem"in baş məşqçisinin final matçından gözləntiləri
"Tottenhem"in baş məşqçisi Angelos Postekoğlu Avropa Liqasının final matçı ilə bağlı düşüncələrini bölüşüb.
Sportline.az xəbər verir ki, yunanıstanlı mütəxəssis məsul oyun ərəfəsində komandadakı əhval ruhiyyədən razıdır.
"Komandam qeyri-sabit çıxışa rəğmən ruhdan düşmədi. Futbolçular nəticələrə baxmayaraq inamı itirmədilər. Mənə inandılar, və arxamca gələrək finaladək irəlilədilər. Ümid edirəm ki, onlar bu gün layiq olduqları mükafatı qazanacaqlar", - deyə Postekoğlu UEFA-nın rəsmi saytına bildirib.
Qeyd edək ki, Avropa Liqasının final matçı - "Tottenhem" - "Mançester Yunayted" görüşü bu gün saat 23:00-da başlanacaq.