“Tottenhem”in kapitanı gəmini tərk edir

"Tottenhem"in kapitanı Kristian Romero karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, argentinalı mərkəz müdafiəçisinin London klubu ilə müqaviləsində “Barselona”, “Real” və “Atletiko” üçün keçərli 60 milyon avroluq xüsusi sərbəst qalma maddəsi mövcuddur və hər üç klub bu barədə məlumatlıdır.

Qeyd edək ki, Kristian Romero 2021-ci ilin yayında “Atalanta”dan “Tottenhem”ə transfer olunub.

Argentina millisinin üzvü olan 27 yaşlı futbolçu cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində 31 rəsmi matçda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.