"Tottenhem"in müdafiəçisi tarixə düşdü
"Tottenhem"in futbolçusu - Kayl Uolker iş yerini dəyişib. SportLine.az "BBC Sport"a istinadən xəbər verir ki, futbolçu karyerasını "Mançester Siti"də davam etdirəcək. 27 yaşlı müdafiəçi qarşıdakı beş ildə "şəhərlilər"in uğurları üçün çalışacaq.
K.Uolkerin keçidi üçün "Mançester Siti" 56 milyon avro ödəyib. Bununla da, futbolçu ən bahalı müdafiəçi kimi tarixə düşüb.
Qeyd edək ki, K.Uolker 2009-cu ildən "Tottenhem"ə məxsusdur.