“Tottenhem”in planı üzə çıxıb

“Tottenhem” qışda brazilyalı futbolçu Savinyo üçün “Mançester Siti”yə rəsmi təklif göndərəcək.

Sportline.az “Team Talk” nəşrinə istinadən xəbər verir ki, London klubu bu keçid üçün 70 milyon avro ödəməyə hazırdır.

21 yaşlı oyunçunun meneceri “Tottenhem”lə danışıqlar aparır.

Qeyd edək ki, Savinyonun dəyəri “Transfermarkt” portalına görə, 50 milyon avrodur.