Totti karyerasını bərpa etmək istəyir

İtaliya futbolunun ən parlaq simalarından olan Françesko Totti yenidən yaşıl meydanlara qayıda bilər.

Sportline.az xəbər verir ki, "Roma"nın sabiq kapitanı bununla bağlı sualları cavablandırıb.

"A Seriyası klubları məni yenidən yaşıl meydanlara qaytarmaq istəyirlər. Bu, əlbəttə ki, çətin olardı. Amma, həyatda gərək heç vaxt, heç vaxt deməyəsən. Uzun illərdən sonra da karyerasını bərpa edən futbolçular olub.", deyə Totti "La Gazzetta dello Sport"a açıqlamasında geri dönüşünü istisna etməyib. .

Qeyd edək ki, Françesko Totti karyerasını 2017-ci ildə başa vurmuşdu.