"Trabzonspor" 4 futbolçu ilə yollarını ayırıb
Yeni mövsümün hazırlıqlarını davam etdirən "Trabzonspor"da 4 ayrılıq yaşanıb.
Sportline.az Trtspor.com-a istinadla xəbər verir ki, Qara dəniz klubu Göktan Gürpüzü 1 illik icarə əsasında "Fatih Karagümrük"ə göndərib.
Bundan əlavə Batuhan Kör "Vanspor"a, Murat Akpinar "Sakaryaspor"a, Hakan Yeşil isə "Pendikspor"a transfer olunub.
"Trabzonspor" ilə 2026-cı ilə qədər müqaviləsi olan Göktan Gürpüz 2023-cü ildə "Borussiya" Dortmunddan heyətə cəlb olunub.
Xatırladaq ki, Türkiyə klubu avqustun 22-də Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda səfərdə "St.Qallen" ilə üz üzə gələcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.