"Trabzonspor" cənubi koreyalı futbolçu ilə anlaşmağa yaxındır
Yeni mövsümün transfer çalışmalarını davam etdirən "Trabzonspor" heyətini daha bir futbolçu ilə gücləndirəcək.
Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, Qara dəniz təmsilçisi "Gent" forması geyinən Hyun seok Honqun transferini yekunlaşdırmaq üzrədir.
"Trabzonspor" 25 yaşlı futbolçu və klubu ilə hər mövzüda razılığa gəlib. Hyun seok Honqun yaxın günlərdə Türkiyəyə gələrək yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.
Bu mövsüm "Qent" ilə 7 oyuna çıxan futbolçu aktivinə 2 qol və 3 asist yazdırıb.Onun transfer dəyəri 9 milyon avrodur.