"Trabzonspor" ukraynalı futbolçunu transfer edib
"Trabzonspor" heyətini daha bir futbolçu ilə gücləndirib.
Sportline.az Beinsports.com-a istinadla xəbər verir ki, Qara dəniz klubu "Zorya Luqansk"ın oyunçusu Arseniy Bataqovla razılığa gəlib.
Mənbənin sözlərinə görə Türkiyə klubu bu transfer üçün qarşı tərəfə 1.8 milyon avro ödəyəcək.
Ötən mövsüm Ukrayna Liqasında 31 oyuna çıxan Bataqov bu görüşlərdə 2 qol və 3 asistlə yadda qalıb.O, 45 dəfə Ukrayna millisinin aşağı qruplarında forma geyinib.