"Trabzonspor"da ciddi itki

UEFA Avropa Liqasının 3-cü təsnifat mərhələsində səfərdə "Rapid"lə qarşılaşacaq "Trabzonspor" ciddi itki ilə üzləşib.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, zədələnən Stefan Saviç "Rapid Vyana" oyununun heyətindən çıxarılıb.

33 yaşlı müdafiəçinin "Sivasspor"la liqa oyununda zədələndiyi bildirilib.

Qeyd edək ki, Trabzonspor Türkiyədə keçirilən ilk oyunda "Rapid"ə 0-1 hesabı ilə məğlub olub.Cavab görüşü avqustun 15-də Avstriyada olacaq.