"Trabzonspor"da yarımmüdafiə xəttinə daha bir namizəd
"Trabzonspor" "Börnli" forması geyinən Coş Braunhili heyətinə qatmaq istəyir.
Sportline.az The Athletic-ə istinadla xəbər verir ki, Qara dəniz təmsilçisi 28 yaşlı futbolçu üçün "Börnli"yə 4 milyon avro təklif edəcək.
Bu mövsüm İngiltərə klubu ilə 3 oyuna çıxan yarımmüdafiəçi aktivinə 2 qol yazdırıb.
Braunhilin "Börnli" ilə müqaviləsi bu mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, İngiltərədə yay transfer pəncərəsi avqustun 30-da bağlanacaq.