“Trabzonspor”u “Qalatasaray”a dəyişdi
Uğurcan Çakır "Trabzonspor"dan ayrıldığını açıqlayıb.
Sportline.az xəbər verir ki, təcrübəli kiper "Qalatasatay"a transfer olacaq.
Bu haqda İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.
"Qalatasaray" bu keçid üçün qarşı tərəfə 33 milyon avro ödəyəcək.
Qeyd edək ki, U.Çakır bu mövsüm meydana çıxdığı 4 matçda qapısında 1 top görüb.