"Traktorsazi" məğlubiyyətlə başladı

İran çempionatında yeni mövsüm start götürüb. SportLine.az xəbər verir ki, Təbriz klubu - "Traktorsazi" ilk oyununu "Naft Tehran"a qarşı keçirib. Səfərdə oynanılan görüş Cənubi Azərbaycan təmsilçisinin məğlubiyyəti ilə nəticələnib - 1:2.

Təbrizin digər klubu - "Qostareş" isə açılış turunda "Pars Jonoubi" ilə qarşılaşacaq.