Trent “Real Madrid”ə transfer olacaq

“Real Madrid” artıq “Liverpul”un ulduz futbolçusu Trent Aleksander-Arnoldun razılığını almağı bacarıb.

Sportline.az məşhur insayder Ramon Alvarez De Montun paylaşımına istinadən xəbər verir ki, 2025-ci ildə azad agent olacaq Trent üçün “Real Madrid” hərəkətə keçib.

“Liverpul” rəhbərliyi futbolçunun satışından pul əldə etmək istəyir. Buna görə də Trenti yanvarda “Real Madrid”ə satacaqları dəqiqləşib.

Mersisayd klubu Arnold üçün 70 milyon avro tələb edib.

Qeyd edək ki, T.Aleksander Arnold bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 qol və 3 asistlə yadda qalıb.