Turam İngiltərədə çıxış edə bilər

"İnter"in forvardı Markus Turam İngiltərə klublarının maraq dairəsindədir.

Sportline.az xəbər verir ki, "Aston Villa" və "Nyukasl Yunayted" 28 yaşlı futbolçunu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda "İnter News" nəşri məlumat yayıb.

Qeyd edək ki, M.Turam cari mövsüm meydana çıxdığı 36 oyunda 12 qol, 5 asistlə yadda qalıb.