Turam İngiltərəyə köçür

"Yuventus"un futbolçusu Kefren Turam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "Tutto Sport" nəşri məlumat yayıb.

24 yaşlı oyunçunun transfer qiyməti 40 milyon avrodur.

Qeyd edək ki, sözügedən yarımmüdafiəçi bu mövsüm 36 rəsmi matçda iştirak edib, aktivində 3 qol, 4 məhsuldar ötürmə var.