Turam "Liverpul"un radarındadır

"Yuventus"un yarımmüdafiəçisi Kefren Turam karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Sportline.az xəbər verir ki, "Liverpul" 24 yaşlı futbolçunu heyətinə qatmaq üçün hərəkətə keçib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, K.Turamın transfer qiyməti 40 milyon avrodur.