Turamın karyerası İngiltərədə davam edəcək
"İnter"in forvardı Markus Turam karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportline.az xəbər verir ki, "Aston Villa" və "Nyukasl Yunayted" 28 yaşlı futbolçunu heyətində görmək istəyir.
Bu haqda "FC İnter News" nəşri məlumat yayıb.
Qeyd edək ki, M.Turam İtaliya klubundan ayrılmaq fikrinə müsbət baxır.