“Turan Tovuz” və “Şəmkir”dən xal itkisi
Azərbaycan I divizionunda 21-ci tura start verilib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu gün 4 görüş keçirilib.
22 mart
MOİK - “Şəmkir” – 0:0
“Mil-Muğan” - “Bakılı” – 4:1
Qollar: Samir Babayev, 31; Tofiq Mikayılov, 36; Bayram Əliyev, 66; Raul Yaqubzadə, 90 // Vurğun Həsənzadə, 80
“Energetik” - “Şahdağ” – 1:0
Qol: Sepehr Türkmənianəfşar, 65
“Ağsu” - “Turan Tovuz” – 1:1
Qol: Elnur Səmədov, 62 // Rəhman Musayev, 78
Qeyd edək ki, turnir cədvəlinə 50 xalla “Turan Tovuz” başçılıq edir. “Zaqatala” və “Səbail” isə 41 xalla müvafiq olaraq 2-ci və 3-cü yerləri bölüşür.