"Turan Tovuz"dan növbəti qələbə

Azərbaycan I divizionunda 20-ci tura start verilib.

SportLine.azaz-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, ilk oyun günündə 3 görüş keçirilib.

16 mart

“Turan Tovuz” - “Bakılı” - 3:0
Qolllar:
 Rəhman Musayev, 31; Aqşin Muxtaroğlu, 34; Eltay Tağıyev, 68

“Şəmkir” - “Mil-Muğan” - 0:2
Qollar:
 Samir Babayev, 27 (p.), Raul Yaqubzadə, 54

“Rəvan” -  “Qaradağ Lökbatan” - 0:3

“Ağsu” - “Səbail” - 3:2
Qollar:
 Elnur Səmədov, 2; Adil Tağıyev, 65; İsa Cəbiyev, 85 // Mirzağa Hüseynpur, 21; Fərid Səmədzadə

İntizam Komitəsinin qərarına əsasən “Rəvan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Qeyd edək ki, turnir cədvəlinə 46 xalla "Turan Tovuz" başçılıq edir. "Səbail" 41 xalla 2-ci, "Zaqatala" 38 xalla 3-cüdür.

Banner