Türk futbolçudan nümunəvi addım

Türkiyə millisi və “Yuventus”un müdafiəçisi Merih Demiral koronavirus pandemiyasına qarşı mübarizə kampaniyasına qoşulub.

Sportline.az xəbər verir ki, futbolçu bu barədə “Tvitter”dəki hesabı vasitəsilə məlumat yayıb.

22 yaşlı müdafiəçi paylaşımında virusa baxmayaraq, evdən çıxmağa məcbur olan 2 min türk ailəsinə evdə daha çox qala bilmələri üçün  ərzaq yardımı edəcəyini yazıb.

Demiral həmin ailələrin Türk Qırmızı Aypara Cəmiyyəti tərəfindən seçiləcəyini bildirib.