Türkiyə klubu baş məqşçisiz qaldı

Superliqa təmsilçisi "Dənizlispor" baş məşqçisi Yücəl İldizlə yollarını ayırıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb komandanın uğursuz çıxışları olub. Klubun açıqlamasında komandanın vəziyyətinin idarə heyəti tərəfindən qiymətləndirildiyi və 66 yaşlı çalışdırıcının müqaviləsinin birtərəfli olaraq ləğv edildiyi bildirilib.