Türkiyə klubunda baş məşqçi istefası

"Kayserispor" klubu baş məşqçi Markus Gistolla yolları ayırıb. 

Sportline.az-ın məlumatına görə, bu haqda klubun prezidenti Nurettin Açıkalın açıqlama verib.

Almaniyalı çalışdırıcıya təşəkkürünü bildirən Açıkalın, yeni baş məşqçi axtarışında olduqlarını bildirib.

O, yeni çalışdırıcının adının tezliklə məlum olcağını deyib. 

Qeyd edək ki, "Kayserispor", Markus Gisdolun rəhbərliyi ilə meydana çıxdığı 8 oyunun 5-də heç-heçə edib, 3 görüşü isə məğlubiyyətlə başa vurub.