Türkiyə klubunda yeni məşqçi

Türkiyənin “Ankaragücü” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Super Liqa təmsilçisini Ömer Erdoğan çalışdıracaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə 1+1 illik müqavilə imzalanıb.

Ömer Erdoğan Mustafa Dalcını əvəz edib. O, daha öncə “Fatih Karagümrük” və “Hatayspor”da baş məşqçi olub.

“Ankaragücü” 4 oyundan cəmi 1 xal toplayıb.