Türkiyə klubunun 5 oyunçusu Azərbaycan millisində

Türkiyənin birinci liqasında çıxış edən "Altınordu" klubunun 5 futbolçusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə dəvət alıb.

SportLine.az xəbər verir ki, baş məşqçi Vüqar Məmməd qapıçı Muhammet Can Tuncer, Onur Taha Takır, Şahan Akyüz, Egehan Gök və Mutlu Aksu Doğanı heyətdə görmək istəyib. "Altınordu" klubunun prezidenti Seyit Mehmet Özkan adı çəkilən 5 oyunçunun Azərbaycan milli komandasında oynamasına icazə verib.

Qeyd edək ki, həmin futbolçular yığmanın 14-21 oktyabrda Serbiyanın paytaxtı Belqradda keçirəcəyi təlim-məşq toplanışına qatılacaq.

Banner