Türkiyə millisindən imtina edib, İsveçrəni seçdi

Türkiyənin gənclər komandasına çağırılan Mohamed Zeki Emduni yığmada oynamaqdan imtina edib.

Sportline.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçinin İsveçrə millisində çıxış etməyi seçdiyi bildirilib. O, yığmanın iyunun 2-də Ukrayna ilə matçı üçün dəvət olunan futbolçular arasında yer alsa da, bu qərarından sonra heyətdən çıxarılıb.

Qeyd edək ki, M.Zeki bu il Türkiyənin gənclər yığmasına çağırılıb və mart ayında Serbiya ilə yoxlama matçında 45 dəqiqə meydanda olub.