Türkiyə millisinin baş məşqçisi "Beşiktaş" klubunu ziyarət edib
Türkiyə millisinin çalışdırıcısı Vinçenzo Montella "Beşiktaş" klubunu ziyarət edib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Türkiyə Futbol Federasiyasının idarə heyətinin üzvü Ceyhun Kazancı ilə birlikdə Beşiktaş Nevzat Demir Təsislərinə gələn Vinçenzo Montella məşqdən əvvəl futbolçuları salamlayıb.
"Beşiktaş"ın italiyalı hücumçusu Çiro İmmobile həmyerlisi Vinçenzo Montellaya imlazı forma hədiyyə edib.
"Beşiktaş"ın baş məşqçisi Covanni van Bronkhorst və "Beşiktaş" futbol komandalarının baş koordinatoru Samet Aybaba Vinçenzo Montella ilə türk futbolunun gələcəyi ilə bağlı fikir mübadiləsi aparıblar.